• Ana səhifə
  • Haqqımızda
  • Xidmətlərimiz
    Tərcümə Araşdırma
  • Vakansiyalar
    Vakansiyalar Layihələr
  • Xəbərlər və araşdırmalar
  • Əlaqə

Xəbərlər və araşdırmalar

Ana səhifə/Xəbərlər və araşdırmalar

06.10.2024
“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin Qərbi Azərbaycan İcması ilə birlikdə gənclərlə növbəti görüşü.

06 oktyabr tarixində “Cosmoline” Tərcümə və Araşdırma Mərkəzi Qərbi Azərbaycan İcmasının Basarkeçər rayon İcması tərəfindən Azərbaycan Tibb Universitetində təşkil olunmuş tədbirdə iştirak etmişdir.

Tədbir zamanı sözügedən İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və İcmanın Ağsaqqallar Şurasının sədri, akademik, millət vəkili Əhliman Əmiraslanov, həmçinin, millət vəkilləri Tənzilə Rüstəmxanlı, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Basarkeçər rayon İcmasının sədri Nuru Bayramov və mərkəzimizin Qafqaz regionu üzrə eksperti Həsən Əhmədov ali təhsil müəssisələrinə yeni qəbul olunmuş, əslən Qərbi Azərbaycandan olan gənclərə təhsil həyatlarında uğurlar arzulamışlar.

Daha sonra tədbir iştirakçıları el sənətkarı Aşıq Ələsgərin yeni açılmış abidəsini ziyarət etmiş və xatirə şəkli çəkdirmişlər.


Bizi sosial şəbəkələrdə izləyin

Bizimlə əlaqə

Ünvan: 95 Heydər Əliyev Prospekti, Baku , Azerbaijan

Elektron poçt ünvanı: office@cosmoline.az

Telefon: (+994) 51 648 43 56

Copyright ©